AZ

Əlilliyi olan şəxslər üçün DOSTtalks tәdbiri keçirildi

3527d306ca229143efb6f5294f0dab69.png
02.12.2019 17:36

Bakı Konqres Mərkəzində 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş “DOSTtalks” adlı tədbir keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən TED.az-a verilən məlumata görə, DOST Agentliyinin təşkilatçılığı və Bakı Konqres Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə müxtəlif qurumlar, o cümlədən dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai-siyasi şəxslər iştirak ediblər.

 

DOST Agentliyinin təşkil etdiyi tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev sosial sahədə mühüm nailiyyətlərdən olan DOST layihəsinin dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi üzərində, vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına imkan verdiyini vurğulayıb.

 

A.Əliyev əlilliyi olan şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib.

 

Nazir müavini “DOSTtalks” adlı tədbirin önəmini qeyd edib. Bildirib ki, bu cür tədbirlərin keçirilməsi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına və bu sahədə onların motivasiyasının, özünəinam hissinin artırılmasına, bacarıqlarının üzə çıxarılmasına, digər tərəfdən asudə vaxtlarının səmərəli keçməsinə dəstək məqsədi daşıyır.

 

Sonda müxtəlif sahələri təmsil edən əlilliyi olan spikerlərin çıxışları dinlənilib. İlham Zəkiyev, Elman Süleymanov, Mətanət Qüdsi, Amid Həsənquliyev, Mirzə Məmmədvəliyev, Elnur Eyvazov, Zəhra Həsənova, Vüsalə Kərimli, Samir Pənəliyev və Kamil Musəvi öz hәyatları barədə məlumat verәrәk uğur hekayələrini bölüşüblər.

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox