AZ

AzTU-da aparılan struktur islahatları nələr vəd edir? – AÇIQLAMA

05.12.2019 17:00

Məlum olduğu kimi son günlərdə Azərbaycan Texniki Universitetində ciddi struktur dəyişiklikləri həyata keçirilir.

 

TED.az sözügedən dəyişikliklərin detallarını araşdırıb.

 

Ali məktəbdən verilən məlumata görə, Texniki Universitetdə aparılan islahatların altı əsas istiqaməti var:

 

- Şəffaflığın təmin olunması və tələbə-müəllim münasibətlərinin şəffaf qurulmasını təmin edən institutional strukturun yaradılması;

 

- Elm və texnologiyanın kəsişməsi əsasında yaranan elmi-texniki inqilabın təsirindən formalaşan müasir çağırış və trendlərə uyğun olaraq universitetin prioritet tədqiqat istiqamətlərini, tədqiqat bazasını formalaşdırmaq;

 

- Universitetdə tədrisin təşkilini elmi istiqamətlər nəzərə alınmaqla, təhsil, səviyyə və pillələri uzlaşdırmaq, əmək bazarına inteqrasiyanı təmin etmək;

 

- Tələbə-müəllim münasibətinin optimallığını, əmək bazarının tələblərini mütləq nəzərə almaqla, tələbələrin vaxtının rasional istifadəsi və asan qavranılan tədrisin təşkili üçün mövcud tədris planları çərçivəsində müasir metodoloji yanaşmaların tətbiqinə nail olmaq;

 

- Beynəlxalq təcrübənin öyrənilməsi, dünyanın qabaqcıl elmi tədqiqat və tədris mərkəzləri, universitetləri ilə təmas qurulması, birgə tədris-mübadilə proqramlarının, elmi araşdırmaların, layihələrin, xidmətlərin, konfrans, eləcə də digər elmi tədbirlərin, nəşrlərin həyata keçirilməsi.

 

- Universitetdə dayanıqlı inkişafın təmin edilməsi üçün tələbələrin yaradıcı, sosial həyatının təşkili, professor, müəllim və tələbələrin yüksək təmaslarının qurulması nəticəsində yaranan startapların, elmi-texniki məhsulların, sahibkarlığın inkişafı üçün istifadə edilməsi.

 

Bildirilib ki, struktur dəyişikliklərinin aparılmasının qısa, orta və uzunmüddətli məqsədlərə hesablanıb: “Elm-tədris prosesində aparılan islahatlar davamlı, ardıcıl olmalıdır. Dünya praktikası göstərir ki, islahatların nəticələri uzun müddətdə özünü göstərir. Bununla belə, düşünürük ki, qarşıya qoyulmuş qısa, orta, uzunmüddətli prioritetlər universitetdə elmi tədqiqatların aparılması, tədris işinin təşkili, nəticələrin əmək bazarına inteqrasiyası üçün əlaqələndirilməli və həyata keçirilməlidir”.

 

Odur ki, qısa müddətdə, əsasən yaxın 2-3 il ərzində qarşımıza qoyulmuş əsas hədəf tam şəffaflığın təmin olunması üçün optimal institutional islahatların aparılması, elmi tədqiqatların aparılması, tədrisin təşkili, xidmətlərin göstərilməsi üçün beynəlxalq standartların təşkili kimi məsələləri əhatə edəcək. Bundan başqa, müəllimlərin, tələbələrin daha çox əmək bazarına və əksinə, əmək bazarının tədqiqat-tədris prosesinə cəlb edilməsi, universitet məhsulların rəqabət qabiliyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi məqsədlər sırasındadır. Elektron universitetin formalaşması, elmi-tədqiqatlar və tədris bazasının formalaşdırılması, xarici əlaqələrin genişlənməsi kimi problemlər də diqqət mərkəzindədir. Bir sözlə, qısa müddət ərzində əsas işlərin icrasına başlayacaq, vacib işlərimizi sona çatdıracağıq.

 

Vurğulanıb ki, elmi texniki tərəqqinin nəticəsində formalaşan müasir trendləri nəzərə alaraq universitetin elmi tədqiqat istiqamətləri yenidən işlənib: “Elm sahələri arasında sərhədlərin şəffaflığı prosesinin getdiyi müasir dövrdə universitet fakültələri arasında olan sərhədlər də şəffaflaşır. Fakültələrin elmi tədqiqat və tədris profillərində fərqlər olmasına baxmayaraq, innovasiyaların indiki inkişaf mərhələsində onların ortaq və əlaqəli fəaliyyəti qaçılmazdır. Odur ki, fakültələrin fəaliyyəti elmi tədqiqat prioritetlərinə uyğun olaraq, yenidən təşkil edilib. Maşınqayırma fakültəsi əsasında Maşınqayırma və robototexnika fakültəsi formalaşdırılıb. Digər fakültələrin birləşməsi yolu ilə İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi yaradılıb. Bunun da əsas istiqamətlərindən birini “Data Engineering” və Süni İntellekt təşkil edir”.

 

 

Mətbuat xidmətinin məlumatında qeyd olunub ki, dəyişiklik bütün fakültələrdə aparılıb: “Fakültələrin sayı azalıb, profilləri, elmi tədqiqat istiqamətləri müasir çağırışlara müvafiq yenilənib. Mövcud proqram çərçivəsində tədrisin metodologiyasının dəyişilməsi tədricən həyata keçirilir. Müasir ixtisaslar üçün innovativ yenilikləri dəstəkləyə bilən müasir kadrları hazırlamalıyıq. Bunun üçün, obrazlı desək, “yumşaq” tədris aparlmalı, verdiyimiz baza təhsilini İKT ilə tamamlaya bilmək məharətimiz olmalıdır”.

 

Ali təhsil müəssisəsindən verilən məlumata görə, Ümumi və tətbiqi riyaziyyat kafedrasının adı dəyişdirilərək Mühəndis riyaziyyatı adlandırılıb: “Bu sadəcə adqoyma deyil – bu onun göstəricisidir ki, biz mövcud tədris proqramı çərçivəsiundə hazırladığımız mühəndisə, onun tələbinə uyğun riyaziyyat öyrətməli, daha çətin və mükəmməl riyazi məsələlərin komputer həlləri üçün isə ona lazımi şərait yaratmalıyıq”.

 

Biz tədris proqramına müvafiq olaraq, tədrisin təşkili, elmi tədqiqatlarla zənginləşdırılməsi və əmak bazarına inteqrasiyanı qarşılayan metodoloji imkanlarımızı artırmaqda davam edəcəyik.   

 

Bir sözlə, robototexnika və süni intellekt iqtisasdiyyatın baza sektorlarının texniki problemləri üzrə fəaliyyət göstərən Texniki Universitet üçün ən ümdə məsələdir və artıq biz bunun üçün əməli işlərə başlamışıq. İlkin olaraq Boğaziçi Universiteti ilə bu istiqamətlərdə əmakdaşlıq aparmaq qərarına gəlmişik. 

 

Diqqətə çatdırılıb ki, İKT yönümlü ixtisaslarda təhsil alan tələbələr 2018-2019-cu tədris ili üçün “Radio, Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi,  “Huawei Technologies Azerbaijan”, “Cihaz” İstehsalat Birliyi “Peyk zavodu”, Məlumat Hesablama Mərkəzi, ”Azərpoçt”, ASAN Xidmət kimi 80-dən artıq qurumda təcrübə keçirlər. Bundan əlavə, 2019-2020-ci tədris ili üçün ASELSAN BAKU və KaTV şirkətləri ilə əməkdaşlıq gözlənilir.

 

 

Qeyd edilib ki, bununla bağlı bir sıra universitetlərlə əlaqələr qurulub: “AzTU-nun əsas tərəfdaşları ənənəvi olaraq, Almaniyanın qabaqcıl universitetləri olan Aahen Texniki Universiteti, Rostok Universiteti, Berlin Texniki Universiteti ilə əlaqələr genişlənir. Bu əlaqələr hazırda yüksələn xətlə inkişaf etməkdədir. Hazırda Almaniyanın Brandenburq Texniki Universiteti ilə Maşınqayırma və Metallurgiya sahəsində ikili magistratura proqramı çərçivəsində mütəxəssis hazırlığı həyata keçirilməsi üçün razılıq əldə olunub. Müqavilə bağlanması üçün hazırlıq işləri aparılır”.

 

Türkiyə universitetləri ilə əlaqələrin də durmadan artdığı bildirilib: “Bu əlaqələr Boğaziçi, İqdır, YTÜ, İTU, İsparta Universiteti, Qazi Universiteti ilə genişlənməkdədir”.

 

 

Bundan başqa, Rumıniya universitetləri ilə sıx əlqaqələrin olduğu nəzərə çatdırılıb: “ERASMUS+” çərçivəsində AzTU-nun professorları dəfələrlə Rumıniyada mühazirələr oxuyublar. 2 magistrant isə sözügedən proqram çərçivəsində Rumıniyada bir semestr təhsil alacaq.

 

Təhsil ocağındqan bildirilib ki, AzTU-nun yeni strateji inkişaf konsepsiyası universiteti regionda tanınan universitetlər sırasına çıxarmağı hədəfləyir: “Bunun üçün texniki təhsilə uyğun müasir çağırışları əsas tutaraq yeni elmi istiqamətlər formalaşmışdır ki, bu tədris prosesinin daim təkmilləşməsini və əmək bazarının tələblərini ödəməyə xidmət edir. Bu isə yeni müasir elmi tədqiqat-tədris laboratoriyalarının yaradılmasını zəruri edir. Odur ki, universitetin tədqiqat universiteti kimi formalaşması hədəfinə uyğun olaraq, müasir tələblərə cavab verən kompleks laboratoriyaların yaradılması konsepsiyası üzərində işlənilir. Bu laboratoriyaların qurulması müasir elmi texniki tərəqqinin yaratdığı innovativ inkişafı dəstəkləyəcək, elm və texnologiyaların yaratdığı yeni istiqamətlərin inkişafına kömək edəcək, elektromobillərin, logistika, müasir kompozit materilallar, robototexnika, Avtomatika, Data Engineering, süni intellekt və digər sahələri dəstəkləyəcək”.  

 

Texniki Universitet bir sıra şirkət, elmi tədqiqat mərkəzləri, fondlarla əməkdaşlıq edir: “Belə şirkətlərə misal olaraq Çinin “Huawei” şirkətini göstərmək olar. Qurumun nümayəndə heyəti AzTU-da olub, əməkdaşlıq imkanları müzakirə edilib. Bu şirkətlə əlaqələr səmərəli ola bilər.

 

AzTU-nun Almaniya ilə əlqələrinin geniş olduğunu nəzərə alaraq, Almaniyanın DFG (Alman Elmi tədqiqat Cəmiyyəti) ilə əlaqəsi elmi tədqiqat işlərinin kommersiyalaşmasında səmərəli ola bilər.

 

Almaniyanın Aleksand Humboldt Fondu ilə əməkdaşlığın daha da yaxşılaşdırılması, onların imkanlarından istifadə olunması planlaşdırılır. Bu barədə əməkdaşlar arasında təşviqat işləri genişləndirilir.

 

Eyni zamanda, Almaniyanın “Volskwagen” və digər böyük şirkətlərin elan etdiyi layihələrdə iştirak edilməsi üçün lazımi konsepsiyanın hazırlanması barədə işlər aparılır”.

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox