AZ

Süni intellekt sayəsində artıq bitkiləriniz də xəstələnməyəcək

52984cf78d31878bc5bd2e5e256577dd.JPG
07.12.2019 16:00

3-6 dekabr tarixində keçirilən “Bakutel” sərgisində bir-birindən maraqlı startap layihələri təqdim olundu. Bu layihələrdən biri də Elviz İsmayılova məxsus “Healwith” oldu.

 

“Healwith” komandasının üzvü Ləman Həsənli TED.az-a açıqlamasında bildirdi ki, bu, bitkilərin xəstəliklərini aşkar edən və müalicə metodlarını göstərən mobil tətbiqdir: “Proses çox sadədir: evdəki bitkinin xəstə hissəsinin şəklini çəkib tətbiqə yükləmək kifayət edir. Qalan işləri süni intellekt görəcək. Tətbiq həm xəstəliyin növünü müəyyənləşdirəcək, həm də müalicə metodlarını təqdim edəcək”.

 

L.Həsənli onu da bildirdi ki, hazırda “Healwith” 4 xəstəliyi tanıyır: “Yeni il ərəfəsində daha 32 xəstəlik tətbiqə əlavə olunacaq. İnterfeys dəyişikliklərindən sonra, yəni yanvar ayında “Healwith” tətbiqi “PlayMarket”ə yüklənəcək”. 

 

Günay ƏLİYEVA

Startaplar bölməsindən digər xəbərlər

Daha çox