AZ

Türkiyənin pilotsuz təyyarəsi ilk uçuşunu gerçəkləşdirdi – VİDEO

d7dc7620dad6adeeb6f8b761c5f78be5.jpg
07.12.2019 18:00

Türkiyə istehsalı olan “Akıncı TİHA” pilotsuz təyyarəsi ilk uçuşunu həyata keçirib.

 

TED.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Baykar” şirkətinin istehsalı olan təyyarənin ilk uçuş anlarını şirkətin baş direktoru Səlcuq Bayraqdar sosial mediada paylaşıb.

 

İlk olaraq “TEKNOFEST”də ictimaiyyətə təqdim edilən “Akıncı”nın uçuş müjdəsini S.Bayraqdar “TİHA – Tutqu, İnanc, Xəyal, Əzm…” qeydi ilə paylaşıb.

 

Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil ediləcək modelin ağırlığı 4,5 ton, daşıma gücü 1,5 tondur. 550 at gücünə malik “Akıncı” 13,1 metr gövdə, 20 metr qanad uzunluğuna sahibdir. 12.200 metr yüksəkliyə qalxa bilən pilotsuz uçan aparat Türkiyə istehsalı silah sistemlərilə təchiz ediləcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox