AZ

Teslanın elektrikli yük maşınına rəqib gəlir –Nikola Tre

8790cee9ae464b63e3c20edbfb29529f.png
09.12.2019 10:30

Elektromobillər hər gün bir az daha aktuallaşır. “Cybertruck”ın anonsu ekspertlərlə yanaşı, alıcıların da həyəcanına səbəb olub. TED.az xəbər verir ki, “Nikola” avtomobil istehsalı şirkəti “Tesla”nın elektrikli yük maşını olan “Semi”yə rəqib gətirir. Qeyd edək ki, şirkət bu vaxtacan hidrogen yanacağı ilə işləyən bir neçə yük maşını istehsal edib.

 

 

Yeni “Nikola Tre”nin istehsalı üçün şirkət “CNH Industrial Iveco” ilə əməkdaşlığa başlayıb. Yük maşınının istehsalına 250 milyon dollar investisiya yatırılıb. Ümumiyyətlə, avtomobil seriya “Iveco S-Way”in dəyişdirilmiş versiyasıdır.

 

 

“Nikola Tre” 720 kVt/saatlıq batareyanın tam yüklənməsi ilə 400 km məsafə qət edə bilər. Yük maşını 644 at gücünə sahibdir.

 

 

Bütün vacib məlumatlar sürücünün sağındakı böyük sensor ekranda əks olunur. İstehsalda əsas diqqət iqlim nəzarəti, güzgülərin və asma hündürlüyünün tənzimlənməsi, 360 dərəcə kamera sistemi, naviqasiya, səs sistemi, həmçinin avtomobil diaqnostikasına yönəldilmişdir.

 

 

Vasitənin panelində sürət, sürücülük rejimi və sürücü üçün digər vacib məlumatları əks etdirən başqa bir ekran quraşdırılıb.

 

 

Bildiririk ki, elektrikli “Nikola Tre” 2021-ci ildə satışa çıxarılacaq. Bundan başqa, şirkət nümayəndəsi  2023-cü ildə hidrogenlə işləyən avtomobillərin də satışa çıxarılacağını bildirib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox