AZ

İlk uçan maşın satışa çıxarıldı

09.12.2019 12:30

Hollandiyanın “PAL-V International B.V.” şirkəti Mayami İncəsənət Həftəsində dünyanın ilk uçan avtomobili “Pioneer Personal Air Landing Vehicle”nin prototipini nümayiş etdirib.

 

TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uçan maşın helikopter və avtomobil elementlərinin birləşməsindən hazırlanıb. Benzinlə işləyən aparat yerdə 161 km/saat, havada isə 322 km/saata çata bilir.

 

2021-ci ildə kütləvi istifadəyə veriləcək avtomobil üçün artıq 70 sifariş qəbul edilib. Nəqliyyat vasitəsinin qiyməti 599 min dollar təşkil edir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox