Avtomobillər arasında daha çox qəzaya düşən modellər hansılardır? – AÇIQLAMA
“Azərbaycana gətirilən avtomobillər arasında birmənalı şəkildə konkret hansı modelin qəzaya düşdüyünü demək olmaz. Məlum olduğu kimi qəzaya düşən maşınların böyük əksəriyyəti müasir tələblərə cavab verməyən avtomobillərdir”.
Bunu TED.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Eldəniz Cəfərov bildirib ki, qəza hadisələrinin statistikasına nəzər yetirəndə Rusiya istehsalı olan köhnə sovet maşınları ilə törədilən qəzaların ağır xəsarət və ölümlə nəticələndiyinin şahidi oluruq: “Müasir komfortlu avtomobillərdəsə qəzaya düşdükdə sərnişinlər və sürücülər daha az xəsarət alır. Çünki bu avtomobillər müasir təhlükəsizlik standartlarına cavab verir. Qəzalara səbəb kimi yalnız avtomobilləri deyil, yol sistemlərini də göstərə bilərik. Azərbaycanda yol sistemi mükəmməl şəkildə qurulmayıb. Yolların böyük əksəriyyəti standartlara cavab vermir. Yollar yaxşı işıqlandırılmır, maşın və piyada hərəkətlərinə dair nişanların olmadığı yollar mövcuddur, kələ-kötür yollar və kanalizasiya quyularının açıq qapaqları qəzalara səbəb olur. Eyni zamanda, bəzi sürücülərimiz yol hərəkət qaydalarını bilmir, yol nişanlarını tanımır, yol mədəniyyətindən xəbərsizdirlər. Bütün bu amillər öz-özlüyündə qəzalara səbəb olur”.
“Bəzi sürücülər hansısa qaydaları əzbərləyir, imtahan verir və sürücülük vəsiqəsini alır sonra isə yola çıxır və peşəkar sürücülər üçün problemlər yaşadır. Həmin sürücülər üçün hansısa maarifləndirmə işləri aparılmır, onlar yalnız cərimə edilir. Azərbaycanda bir paradoksal hal da odur ki, bəzi yol polisləri öz vəzifələrini vətəndaşları cərimələməkdə görür. Təbii ki, bu doğru hal deyil. Yol hərəkət qaydalarını pozan sürücülərlə heç olmasa maarifləndirici işlər aparılmalıdır. Qayda pozuntusunu aşkarlayan polislər yalnız cərimə ilə kifayətlənməli deyil”, – deyə ekspert qeyd edib.
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















