AZ

Kreativ sənayenin inkişafı vacibdir – 70 milyona çəkilən film 1,05 milyard dollar gəlir qazandırdı

f11140d00034df4b9d47f33c79f37ad3.jpg
09.12.2019 13:10

 

“Bütün dünyada kreativ sənaye sürətlə inkişaf edir. Kino sahəsi isə kreativ sənayenin ən inkişaf edən bölməsidir. Məsələn, “Joker” filminin çəkilişlərinə 70 milyon dollar vəsait xərclənib”.

 

TED.az xəbər verir ki, bunu “Kreativ Azərbaycan” portalının təqdimatı zamanı Mədəniyyət Nazirliyinin beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bildirib.

 

Vasif Eyvazzadə bildirib ki, sözügedən film bir ay ərzində kino sənayesinə 1 milyard 50 milyon dollar gəlir qazandırıb: “Bu rəqəmlər kreativ sənayedə film və audiovizual sənayenin ön sırada olmasının göstəricisidir”.

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox