AZ

Xarici mütəxəssislərlə məsafədən konsultasiyaların aparılması üzərində işləyirik – AÇIQLAMA

f66db2faf30478cc370deb06c77c4306.jpg
10.12.2019 11:40

 

“Teletibb texnologiyalarının köməyilə bu gün regionlardakı nəzarət-buraxılış məntəqələrində gömrük işçilərinin sağlamlığının vəziyyətini məsafədən izləmək, həmçinin ən yaxşı yerli və xarici mütəxəssislərlə məsafədən konsultasiyaların aparılması üzərində işləyirik”.

 

TED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov deyib.

 

Ceyhun Məmmədov bildirib ki, müasir tibbin inkişafı yüksək texnologiyaların, müalicənin qabaqcıl metodlarının, kommunikasiya innovasiyalarının tətbiqi ilə sıx bağlıdır: “Hesab edirəm ki, Mərkəzi Gömrük Hospitalı ölkədə və regionda öz infrastrukturunu son nəslin texniki yenilikləri ilə təchiz edərək bu prosesin önündə gedir. Bu mənada biz gömrük işçilərinə və əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərmək üçün ən yeni avadanlıqların əldə edilməsində bizə kömək edən Dövlət Gömrük Komitəsinin daim dəstəyini hiss edirik. Belə ki, 2020-ci ilin yanvarında 3 Tesla gərginlikli maqnit sahəsi yaratmaq qabiliyyətinə malik olan premium sinfindən Philips Ingenia Elition X maqnit-rezonans tomoqrafı həkimlərimizin istifadəsinə veriləcək. Bu ən yeni model sırasından olan unikal aparat diaqnostik şəkillərin yüksək keyfiyyətini və nəticələrin dəqiqliyini təmin edir”.

 

“Pasiyentin tuneldə yerləşdirilməsi prosedurunun optimallaşdırılması və skanlaşdırmanın sürətinin yüksəldilməsi nəticəsində bu tomoqrafda MR-müayinələrini iki dəfə tez aparmaq mümkündür. Bundan başqa, bu aparatda istifadə olunan xüsusi audio və videomaterialların canlandırılması hesabına əmələ gələn “dalış effekti” pasiyentləri sakitləşdirməyə və bununla da MR-müayinədən daha rahat keçməyə kömək edir”, – deyə C. Məmmədov qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox