AZ

2030-cu ilin trendi nə olacaq? – AÇIQLAMA

7a59dc3574387fc7d007c4bea0f3a947.jpg
11.12.2019 11:35

"2030-cu ilin trendi internet hisslər olacaq".

 

Bunu TED.az-a açıqlamasında "Ericsson" şirkətinin mətbuat xidmətindən bildiriblər.

 

Məlumatda qeyd olunub ki, "Ericsson" şirkətinin araşdırmasına əsasən 10 il sonra əsas trendlər müəyyən edilib: "Yeni texnologiyaların ilk istifadəçiləri internet hisslərin əsas trendə çevriləcəyinə inanırlar. Onlar 2030-cu ildə rəqəmsal sayğac xidmətlərin istifadə olunduğu iqtisadiyyat xidmətlərinin formalaşacağına əmindirlər".

 

Şirkətdən qeyd olunub ki, 2030-cu ildə insan beyni interfeys rolunu oynayacaq: "İnsanlar və cihazlar arasında yeni paradiqma yaranacaq. Bu paradiqmada cihazlar insanların düşüncələrinə reaksiya verəcək".

 

"Rəqəmsal texnologiya istifadəçilərinin əksəriyyəti internet hisslərin yaranmasından sonra insanların ətraf aləmə daha çox məsuliyyətlə yanaşacaqlarına inanırlar", - deyə şirkətdən əlavə olunub.

 

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox