AZ

Bakıda yük maşını altında əzilən şagirdin anasına SON WHATSAPP MESAJI – FOTOLAR

23c53e2121d35a1e39d112a9c9bed029.png
12.12.2019 15:04

Binəqədi rayonunda baş verən faciəvi qəzada həyatını itirən 11-ci sinif şagirdi Dilarə Sultanlının anasına yazdığı son WhatsApp mesajı ortaya çıxıb.

 

TED.az-ın Cebhe.info-ya istinadən əldə etdiyi məlumata görə, Dilarə Sultanlı hazırlığa getməzdən əvvəl anasına mesaj yazıb. Qız həmin gün çox sevincli olsa da, anasının narahat olduğunu hiss edib və ona təskinlik verib.

 

 

Məlumat üçün qeyd edək ki, 2003-cü il təvəllüdlü Dilarə Sultanlı evin tək övladı olub. Atası Bəxtiyar Sultanlı illərdir ki, Rusiyada çalışır. Deyilənə görə, son vaxtlar atanın ailəsi ilə əlaqəsi kəsilib. Ata qızının öldüyündən hələ də xəbərsizdir.

 

Xatırladaq ki, iki gün əvvəl Binəqədi rayonunda köməkçi yoldan əsas yola çıxan yük maşını sola dönərkən iki piyadanın üzərindən keçib. Hadisə nəticəsində 11-ci sinif şagirdləri Tural Cabbarov və Dilarə Sultanlı aldıqları xəsarətlərdən vəfat ediblər.

TED + bölməsindən digər xəbərlər

Daha çox