AZ

İranın ABŞ bazalarını hansı raketlə vurduğu bəlli oldu – FOTOLAR

53affe61d528d84c6d889ba0033de93c.jpg
08.01.2020 15:24

Məlum olduğu kimi İranın İnqilab Keşikçiləri Ordusu İraqın Ənbar əyalətindəki Amerika Birləşmiş Ştatlarının Ayn Əl-Əsəd aviabazasına və hərbi qüvvələri, eləcə də koalisiya heyətinin Ərbildə yerləşən bazasına ballistik raketlərlə hücum edib.

 

TED.az xəbər verir ki, Əl-Əsəd bazası İran sərhədindən təqribən 370 kilometr, Ərbildən isə 105 kilometr məsafədədir.

 

Mütəxəssislər hədəfə çata bilməyən raketlərin görünüşünə əsaslanaraq onların maye yanacaqlı ballistik raket olan “Scud”un müasir versiyası olduğunu söyləyirlər.

 

 

SCUD raketinin xüsusiyyətləri

 

Soyuq Müharibə illərində SSRİ tərəfindən istehsal olunan "Scud" raketinin hədəfi 130-1500 kilometr arasında dəyişir. Raket bioloji, kimyəvi və nüvə başlığı daşımaq iqtidarındadır.

 

Böyük partlama gücünə malik bu raketlərə hazırda keçmiş Sovet respublikaları, bəzi Yaxın Şərq ölkələri və Uzaq Şərqdəki bir çox kommunist ölkələri sahibdir. Bu raketlər yaxın keçmişdə İran-İraq müharibəsi zamanı Səddam Hüseyn tərəfindən İrandakı neft emalı zavodlarını məhv etmək üçün istifadə edilib. Eyni zamanda bu mərmilər Səddam Hüseyn tərəfindən Körfəz müharibəsində İsrailə qarşı istifadə edilsə də, psixoloji təsirdən başqa effekti olmamışdı.

 

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Ordusunun İraqın Ayn əl-Əsəd aviabazasındakı ABŞ qoşunlarına və Ərbildəki koalisiya heyətinə qarşı 22 ballistik raket hücumu həyata keçirdiyi və bu raketlərdən ən azı ikisinin hədəfə çatmadığı bildirilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox