AZ

7 milyonluq avtomobil kim üçün gətirilib? – RƏSMİ

999c67ce65a554863e427abc9c9f8263.jpg
11.01.2020 13:34

Dünən mediada 7 milyon manatlıq “Bugatti Chiron” markalı avtomobilin ölkəmizə gətirilməsi ilə bağlı xəbərlər yayılıb. Avtomobilin hava limanında çəkilən fotoları da bu iddiaları xeyli gücləndirib.

 

TED.az  "virtualaz.org"a istinadən xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu avtomobil Azərbaycana tranzit gəlib və ölkəyə aidiyyəti yoxdur.

 

“Bugatti Chiron” avtomobilini Almaniyanın Hann şəhərindən gətiriblər. Bakıda təyyarə dəyişilib, başqa təyyarə ilə Dubaya yola salınıb. Azərbaycandan sadəcə tranzit keçib. Bu avtomobilin Azərbaycana aidiyyəti yoxdur”, - komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov deyib.

TED + bölməsindən digər xəbərlər

Daha çox