AZ

Startaplar üçün yeni müsabiqə keçirilir – qaliblər 30 min avroluq mükafat əldə edəcəklər

8cbc7f73211e583fc505bea90a6a3121.png
13.01.2020 15:45

Barama İnnovasiya və Akselerasiya Proqramı iqlim dəyişikliyinə və iqlimə olan mənfi təsirləri azaldan startaplara dəstək göstərən nüfuzlu “Clima@” təşkilatı  Azərbaycan üzrə tərəfdaşı olub. 

 

TED.az xəbər verir ki, startaplar fevralın 16-na kimi “Clim@ 2020” yarışmasına qatıla bilərlər. Yrışmada yenilənən enerji, effektiv enerji, dairəvi iqtisadiyyat və resursların istifadəsinin effektivliyi (su və tullantı menecmenti) sahəsindən olan startaplar iştirak edə bilərlər.

 

Qalib gələn 3 komanda 30 000 (otuz min) avroluq mükafat fondundan maliyyə dəstəyi ilə yanaşı Frankfurtda keçiriləcək forumda 200 beynəlxalq investor, maliyyə müəssisələri, məsləhətçi və iqlim üzrə mütəxəssislərlə görüşüb layihələrini onlara təqdim etmək fürsəti qazanacaqlar.

 

Daha ətraflı məlumat üçün bu LİNKƏ daxil ola bilərsiniz. Müsabiqəyə qatılmaq istəyən startapçılar  BURADAN qeydiyyatdan keçməlidirlər.

 

 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox