AZ

Ucuz iPhone-nun satış tarixi AÇIQLANDI – QİYMƏT

fc39e3914f452b3e5587a789d26dcf26.jpg
23.01.2020 10:31

Apple-ın ucuz smartfonlarının istehsal və satış tarixi açıqlandı.

 

TED.az xəbər verir ki, Bloomberg-in yaydığı məlumata görə, yeni modelin istehsalına fevral ayından başlanacaq. Smartfon Foxconn, Pegatron və Winstron zavodlarında hazırlanacaq. Mobil cihazın satışına isə mart ayında start veriləcək.

 

Sözügedən iPhone-da barmaq izi (Touch ID), iPhone 11-dəki kimi A13 prosessoru və iPhone 8-ə bənzər dizaynı olacağı ehtimal edilir.  

 

Qacetin qiyməti 399 dollardan başlayacaq. Cihazın necə adlandırılacağı hələ ki, məlum deyil.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox