“Məşğulluq” altsistemi işəgötürənlər üçün yeni elektron imkan yaratdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Məşğulluq” altsistemi işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatının çevik şəkildə ödənməsinə, göndərişlərin verilməsi prosesinin elektron infrastruktur üzərində şəffaf şəkildə həyata keçirilməsinə imkan yaradıb. Hazırda dövlət və özəl müəssisələrdə olan vakant iş yerləri, bu iş yerlərinə qəbul olunacaq işçilər, onların peşə və ixtisaslarına, əmək bacarıqlarına və s. aid tələblər barədə məlumatların altsistemə daxil edilməsi prosesi davam edir.
TED.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir ki, yaxın zamanda istifadəyə veriləcək “Məşğulluq” altsistemi vasitəsilə işəgötürənlər təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa biləcəklər.
İşəgötürənlər yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına daxil olduqdan sonra “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçirlər. Sonra e-imza ilə həmin e-xidmətdən istifadə edərək, “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yerini, həmçinin əmək haqqının məbləğini, iş yerinin daimi və ya müvəqqəti olmasını, işçiyə dair ixtisas, zəruri bilik, bacarıq tələblərini və s. qeyd edirlər. “Yadda saxla” düyməsi vasitəsilə məlumatlar sistemin yaddaşında saxlanılır.
Sistem daim yenilənən məlumat bazasına malik olmaqla, işsiz və işaxtaranlara da vakansiya bankına birbaşa çıxış və öz peşələrinə, ixtisaslarına, iş bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verir.
e-Azərbaycan bölməsindən digər xəbərlər
AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu


Google bu proqramı Apple Watch-dan silir!


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

