AZ

Yanacaqdoldurma məntəqələri bağlanacaq. Hər kəs öz evində…

1da340b8c8761ab69fca435f216c5c53.jpg
11.02.2021 15:36

Müasir dövrdə benzinin qiymətinin baha olması, zəhərli qazların havaya buraxılmasının ciddi bir problemə çevrilməsi elektromobillərin istifadəsinə tələbatı artırır. Bəs bu avtomobillərə ölkəmizdə təlabat hansı səviyyədir? Ümumiyyətlə elektromobillər öz alternativlərindən nə ilə fərqlənir? Niyə ELEKTROMOBİL?

 

TED.az-ın mövzu ilə bağlı suallarını Almaniyanın Franhofer Elmi Tədqiqat İnstitunda elektromobil və hibrid avtomobillər üzrə təhsil alan, eyni zamanda tədqiqat işləri aparan, həmyerlimiz, ekspert Şahin Göyləroğlu cavablandırıb.

 

“Elektromobillər bu gün dünyada bir trenddir. Gələcəyin texnologiyasıdır. Çünki elektromobillər sadəcə ekoloji səmərəlik yox, həm də robotlaşmış normativləri özündə əks etdirir”.

 

Şahin bəy, böyük avtomobil şirkətlərinin fəaliyyət istiqamətinə baxsaq görərik ki, gələcəyin seçimi elektromobillər olacaq. Sizcə elektromobillərin üstünlüyü nədir?

 

“Burada məsələ, kimin hansı bucaqdan baxdığından aslıdır. Bəzi ölkələr var ki, normativlər qoyur, bu ekologiyaya görədir. Bəzi ölkələrdə isə səbəb bu deyil. Bu ölkələr deyir ki, batareya istehsal olunanda külli miqdarda enerji itirilir. Bu batareyaların enerji ilə təmin olunması üçün də qaz, kömür, yanacaq yandırmalıyıq ki, onu elektrik enerjisinə çevirək.

Elektromobillər sadəcə ekoloji cəhətdən yox, həm də robotlaşmış normativlərin gələcəyini əks etdirir. Çünki daxiliyanma mühərriki dəqiq cihaz deyil. O yanacağın keyfiyyətindən, digər məsələlərdən asılıdır. Mühərrik zamanında reaksiya verməyə bilər, amma elekrtomobillərdə reaksiya anidir, düyməni sıxan kimi mühərrik işə düşür. Bu səbəbdən elektromobilləri robotlaşma normativləri baxımından daha dəqiq cihaz hesab etmək olar”.

 

 

Avtomobil istifadəçilərinin seçim parametrlərindən biri də avtomobilin sürəti, 100 km/saat-ı neçə saniyəyə yığmasıdır. Bu elektromobillərdə necədir?

 

“Benzinlə işləyən sürətli avtomobil 100 km/saat-ı 4-5 saniyəyə yığırsa, adi elektriklə işləyən 3.5 saniyəyə yığır. Yəni bu sadəsidir. Sürətliləri də var. Məsələn,  Audi T10 bu sürəti 2.5 saniyəyə yığa bilir. Texnologiya nəhəngləri çalışırlar ki, avtomobil təkcə bir enerjidən asılı olsun. Bu baxımdan sürətli artım gözlənilir. Lakin infrastruktur məsələsi var. İnfrastruktur olmasa, ekoloji problem yarana bilər”.

 

Nə kimi ekoloji problemdən söhbət gedir?

 

Bilmirik ki, sabah bu batareyaların toplandığı enerjilər necə əldə olunacaq? İstifadə müddəti başa çatan baterayanın özünü də bir yerə tullamalıyıq axı, bu tullantıdır. Bundan başqa təkrar emala kim göndərəcək? Bunların enerji toplamaları var, məsələn 200 avtomobilin eyni anda enerji toplaması promlem yarada bilər. Azərbaycanda ən böyük enerji istehlakı mənbələrindən biri Gəncə Aliminum Zavodudur. Bu zavoda eyni zamanda 200 sanballı elektromobili qoşsaq sistem çökəcək. İndi siz beyninizdə canlandırın, hər bir tərəf həmin zavod tipli olsa necə mənzərə ortaya çıxar.

 

 

Belə analdım ki,  bu avtomobillərin enerji ilə təmin olunması üçün yüksək gərginlikli elektrik şəbəkəsi lazımdır?

 

“Bəli, həddindən artıq yüksək gərginlikli. Məsələn, AUDİ E-TRONG GT artıq 800 voltluq şəbəkəyə qoşulmaq istəyir. Biz sadəcə evimiz üçün 3 faza elektrik çəkdirəndə 10 yerdən icazə alırıq. Axırda da bizə cavab gəlir ki, transformatr buna dözməyəcək. Hələ bu 360-lıq voltdur. Təsəvvür edin 800 voltluq şəbəkə necə olar”.

 

Yəqin ki, elektromobillərin az enerji ilə qidalanması üçün işlər gedir?

 

“Hər bir ölkədə baxış başqadır. Avtomobillərin sayı, eyni zamanda ölkələrin ehtiyacları nəzərə alınır. Məsələn, Almaniyada başqa, Yaponiyada başqa, Amerikada isə bir başqa cürdür. Lakin ortaq bir fikir var ki, gələcəkdə elektromobillər çoxalarsa şəbəkələr evlərə bölünsün. Məsələn, Teslada deyirlər ki, evdə elektrik mənbəyi olsun, istifadəçilər elə evdəcə bu xidmətdən istifadə etsinlər. Axşamdan səhərə qədər avtomobil enerji ilə dolsun”.

Necə ki, telefonu elə edirik...

 

“Bəli. Çox zaman görürsünüz aeroportlarda “telefon şarj” yeri var. Telefon bizə 2 gün bəs edirsə çöldə elektrik axtarmırıq. Burda isə söhbət gedir 100 kv-lıq akkumulyatorlardan. Hansı ki, ortalama götürsək,  Bakı şəhərində 3 dənə 3 otaqlı mənzili 3 gün işıqlandıra bilər. Bütün işıqları yandırsaq işıqlandıracaq. Ümumiyyətlə statistika deyim sizə, Almaniya hardasa 4 milyon elektromobil istehsal etmək istəyir. Əgər elektromobillərin sayı bundan çox olsa vətəndaşlara düşən elektrik enerjisinin qiyməti bahalaşacaq. Elektrik satan şirkətlər məcbur olacaq ki, əlavə transformatorlar qoysun. Elektrik enerjisinə olan ehtiyac artacaq. Bəs yaxşı kimsə elektromobil sürmürsə, o, nəyə görə əziyyət çəkib əlavə işıq pulu ödəməlidir? Buna görə də orda limit var. 4 milyon isə hələ ki  proqramdı. Düşünürlər, kimin elektromobil avtomobili varsa, elektrik enerjisinə görə əlavə pul ödəsin”.

 

 

Bəs bizim ölkədə vəziyyət necədir? Elektromobillər Azərbaycanda da artacaqmı?

 

“2019-cu ildən etibarən idxalatda ƏDV ödənilmir. Əgər, əlavə olaraq gömrük vergisindən də azad olunsa elektromobil çox ciddi surətdə Azərbaycanda çoxalacaq. Bu gün devolvasiyadan sonra avtomobil üzrə Azərbaycanın idxalatı 20-30 min arasındadır. Buna görə də elektromobil almaq istəyən çox adam olar, lakin problemlər olmasa. Şəxsən mən elektromobil alsam istəyərəm ki, enerjini evdə doldurum. Bu işin çox böyük gələcəyi var. Onlar sadəcə elektromobil deyil, həm də, böyük enerji daşıyıcısıdırlar. Təsəvvür edin, eyni zamanda küçələrdə milyonlarla kilovat gəzən  enerji olacaq”.

 

Bu proses irəliləsə yəqin ki gəzən transformatorlar da peyda olacaq?

 

“Ola bilər. Bəlkə də ola bilər ki, artıq transformatorlara ehtiyac olmasın. Transformator nə üçün lazımdır? Hardasa elektrik enerjisi istehsal olunur  göndərilir ki, transformtorlar bu enerjini saxlasın və paylasın. Əgər siz bu enerjini alıb öz avtomobilinizə depolamısınızsa transformatora ehtiyac qalmır. Düşünün ki, bir dağ eviniz var və ora Azərenerji və ya digər bir təşkilat elektrik xətti çəkmək istəmir. Amma Siz təbiətin qoynunda yaşamaq istəyirsiz. Evi qoşursunuz elektromobilinizə. Budur əsas layihə”.

 

Azərbaycada hazırda təxminən nə qədər elektromobil var?

 

Tam məlumatım yoxdur, amma bilirəm ki, Bakı şəhərində elektromobilin alınmasının səbəbi sadəcə trenddir. Bu gün əsasən özlərini dəbli göstərmək üçün elektromobil alırlar. Lakin bunun böyük gələcəyi var”.

 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox