AZ

AZAL: Daha 175 vətəndaş Azərbaycana qaytarılıb

 

64b80434be4868e18ebee7594e6c7f69.jpg
28.05.2020 09:48

Dünən Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

 

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətindən TED.az-a bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

 

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox