AZ

YouTube Çin hakimiyyətini tənqid edən şərhləri avtomatik silir

chin-youtube-rey
28.05.2020 19:53

Sosial şəbəkə istifadəçiləri maraqlı bir nüansa diqqət çəkiblər. YouTube videohostinq xidməti Çin dilində yazılıb, Çin hakimiyyətini tənqid edən şərhləri avtomatik silir. Elə bir təəssürat yaranır ki, videohostinq alqoritmi müəyyən edilmiş söz və ifadəyə reaksiya verir. 


TED.az xəbər verir ki, YouTube administrasiyası sözügedən şərhlərin silinməsinin qəsdən olmadığını bildirib.


Şirkət nümayəndələrinin sözlərinə əsasən, şərhlər sistemdə baş verən səhvə görə silinib.


Lakin ABŞ senatı YouTube platformasını Çin hakimiyyəti ilə iş birliyində günahlandıraraq sosial şəbəkədən inandırıcı dəlil tələb edib. 


Silinən şərhləri təqdim edirik:


共匪 - Bandit kommunist və ya 五毛- 50 qəpiklik partiya. 


Sonuncu ifadəni sosial şəbəkə istifadəçiləri onunla əlaqələndirirlər ki, Çin hakimiyyəti öz xeyrinə şəbəkələrdə şərh yazdırmaq üçün bəzi istifadəçilərə ödəniş edir.


Qeyd edək ki, sözügedən ifadələr YouTube-dan 30 saniyə ərzində silinir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox