AZ

Karantin rejimində zəruri ərzaq məhsullarını necə əldə etmək olar?

f2cbb7705084190d695dff06122f93a5.jpg
04.06.2020 15:56

Məlum olduğu kimi, Azərbaycanda bu həftənin cümə günü dövlət müəssisələrində, eləcə də özəl müəssisələrdə iş saatları qısaldıldı. Eyni zamanda, şənbə və bazar günləri bütün ticarət obyektləri, ərzaq mağazaları, marketlər tam bağlı olacaq. Apteklər isə növbətçi şəklində fəaliyyət göstərəcək.

 

Həftə sonu, yəni iki gün davam edəcək qadağa bəzi insanların təşvişə düşməsinə səbəb ola bilər. Əslində bu mənzərə ilə mart ayının sonlarında ölkədə tətbiq olunan karantin rejimində qarşılaşmışıq. Təşvişə düşən insanlar sosial məsafəyə riayət etmədən, ticarət məkanlarından böyük izdiham yaradırdılar.

 

Bu dəfə isə vəziyyət daha ciddi şəkil alıb. Virusa yoluxma sayı artıb. Ona görə də, mütəxəssislər pandemiyaya görə tətbiq olunan sərt karantin rejimində onlayn ticarəti tövsiyə edirlər.

 

Bəs Azərbaycanda ərzaq, texniki avadanlıq, geyim, ətriyyat və s. alış-verişi üçün hansı portallar fəaliyyət göstərir?

 

TED.az sizə onlayn şəkildə məhsul satan portalların siyahısını təqdim edir:

 

Bildiyimiz kimi marketdə insanların sıxlığı virusun yayılması üçün ciddi təhlükə törədir. Bunun qarşısını almaq üçün bəzi marketlər müştərilərinə çatdırılma xidməti təklif edir. Proses isə olduqca sadədir. Ərzaq məhsullarını almaq istədiyiniz marketin saytından onlayn sifariş bölməsinə daxil ola və ya yaxınlıqda yerləşən mağazanın əlaqə nömrəsinə zəng etməklə istədiyiniz məhsulu ala bilərsiniz. Çatdırılma xidmətlərinin qiyməti ünvandan asılı olaraq dəyişir. Qeyd edək ki, bu xidmətləri Bravo, Rahat, Neptun və Fonibo kimi məşhur supermarketlər təklif edir. Araz marketlərdə isə çatdırılma xidməti yoxdur. Bunun yerinə müştərilərin növbədə gözləməmələri üçün market əməkdaşları əvvəlcədən müştəri tərəfindən istənilən məhsulları yığaraq, hazır şəkildə saxlayırlar. Alıcı sadəcə marketə yaxınlaşıb ödəniş edərək məhsullarını götürə bilər.

 

Geyim, kosmetik vasitələr, texniki avadanlıqlar da gündəlik alınmayan, lakin istifadə olunan əşyalar sırasında yer alır.

 

Qeyd olunan məhsulların satışı ilə məşğul olan bir neçə portal fəaliyyət göstərir: Aldım.az, Sebet.az, Shop.az, Hamısıburada.az. Portalların bəziləri (Hamısıburda.az, Sebet.az) pulsuz çatdırılma xidməti əsasında işləyir. Müştəri sadəcə istədiyi məhsulu yuxarıda göstərilən saytlardan seçərək, sifariş edir. Məhsul gün ərzində alıcının ünvanına çatdırılır.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox