AZ

PlayStation istifadəçiləri yanıltdığına görə 3,5 milyon dollar cərimə olunacaq 

 

9765a19f4a612758d1da7363bef1ea43.jpg
06.06.2020 10:40

PlayStation istifadəçiləri yanıltdığına görə 3,5 milyon dollar cərimə ediləcək. Avstraliya federal məhkəməsinin qərarına əsasən, Sony rəsmi saytında səhv məlumatlar paylaşaraq, istifadəçiləri yanıldıb. Buna görə də, şirkət təxminən 3,5 milyon dollar ödəməyə məcbur olacaq.

 

TED.az xəbər verir ki, dörd istifadəçi PlayStation Network-da "keyfiyyətsiz" oyunlar alıb.

 

Şirkət nümayəndələri alıcılara oyunun quraşdırılmasından və ya satın alınmasından iki həftə keçdiyinə görə xərclənən pulun geri qaytarılmasının mümkün olmadığını bildirib. 

 

Şirkətin bu qərarı da öz növbəsində Avstraliya qanunlarına ziddir. Hesab olunur ki, Sony tərəfindən verilən məlumatlar yanlışdır. Çünki istehlakçıların zəmanət hüquqlarına əsasən, oyunlar yükləndikdən iki həftədən daha uzun müddətə zəmanət başa çatır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox