AZ

Pandemiyadan sonra bu ixtisaslar üzrə plan yerləri artırılacaq

 

c26b121d5b5e2ab3a4a862a41c61b1fa.jpg
06.07.2020 15:58

Pandemiya insanların yaşam tərzini dəyişməklə yanaşı, əmək bazarının tələbləri məsələsini də aktuallaşdırıb. Məhz karantin rejiminin tətbiqindən sonra gələcək peşə seçimində dəyişiklik edənlər də az deyil. 


Maraqlıdır, pandemiyadan sonra qəbul imtahanlarında hansı ixtisaslar üzrə plan yerləri artırılacaq?


Mövzu ilə bağlı TED.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, demək olar, informasiya yönümlü ixtisasların hər biri üzrə növbəti illərdə plan yerləri artırılacaq: "Artırılmayanlar isə əmək bazarında tələbatı olmayan ixtisaslardır. Hüquqşünaslıq, tarix, politologiya ixtisaslarına tələbat azaldığı üçün plan yerlərində də azalma müşahidə ediləcək. Tədricən bu kimi ixtisaslar sıradan çıxır. Artıq yeni ixtisaslara tələbat yaranır.


Növbəti illərdə ali təhsil müəssisələrində İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Sistem mühəndisliyi, Kompüter mühəndisliyi, Kompüter oyunları mühəndisliyi, Nanotexnologiya mühəndisliyi, Kosmik texnologiya mühəndisliyi, Robot koordinatoru mühəndisliyi, Süni-intellekt mühəndisliyi, 3D printer mühəndisliyi kimi ixtisaslar üzrə plan yerləri artırılacaq. Digital marketinq mühəndisliyi və İqtisadi informasiya mühəndiliyi kimi ixtisasların olan yerlərində də artım gözlənilir. 


Biotibbi texnologiya mühəndisliyi, Beyin cərrahı mühəndisliyi, Biomedikal mühəndislik, Səhiyyə informasiyası, İctimai səhiyyə kimi tibbi ixtisaslara tələbatın sürətlə çoxalması plan yerlərinin artırılmasını zəruri edəcək.


Bundan əlavə, İnformasiya sahəsi üzrə hüquqşünas, Media və informasiya mühəndisliyi, Ekologiya mühəndisliyi üzrə də əvvəlki illərlə müqayisədə daha çox tələbə qəbul ediləcəyi gözləniləndir".


 

Lamiyə SÜLEYMANLI

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox