AZ

Fransadan Huawei-yə dəstək - Avadanlıqlardan imtina etməyəcəyik 

 

d3f566bbfc20356c4003ed726cec11c1.png
07.07.2020 09:56

Fransa 5G şəbəkəsinin qurulmasında Huawei avadanlığının istifadəsini qadağan etməyəcək.

 

TED.az xəbər verir ki, bu barədə Fransanın "Les Echos" qəzetinə verdiyi müsahibədə Kibermühafizə Departamentinin rəhbəri Guillaume Pupar açıqlama verib. 

 

Pupar qeyd edib ki, Fransa hakimiyyəti operatorları digər şirkətlərin avadanlıqlarından istifadə etməyə təşviq edəcək: "Artıq Huawei ilə işləyən şirkətlər 3-8 il arasında əməkdaşlığı davam etdirmək üçün icazə alıblar".

 

Xatırladaq ki, bundan əvvəl Birləşmiş Ştatların Ticarət Departamenti ABŞ şirkətləri üçün əvvəllər tətbiq olunan Huawei ilə əməkdaşlığa qoyulan qadağanın qaldırıldığını açıqlamışdı.

Dünya bölməsindən digər xəbərlər

Daha çox