AZ

Bakcell “e-Tabib” tətbiqindən istifadə edən abunəçilərinə internet hədiyyə edir

 

4428988a1f1a19e17d23bb10450c84f1.jpg
08.07.2020 16:10

Bakcell şirkəti “Covid-19”la mübarizə tədbirləri çərçivısində ölkəmizdə həyata keçirilən daha bir təşəbbüsə qoşulub. 

 

TED.az xəbər verir ki, Bakcell abunəçiləri “e-Tabib” mobil tətbiqinin əsas funksionallığından pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, applikasiyada qeydiyyatdan keçən abunəçilərə 100 MB həcmində internet trafiki hədiyyə olunur.

 

“e-Tabib” yoluxmanın qarşısını almağa kömək edir. “Bluetooth” funksiyası sayəsində istifadəçi son 14 gün ərzində təmasda olduğu digər proqram istifadəçilərində qeydə alınmış yoluxma faktından xəbər tutur və ona “Covid-19” testindən keçmək tövsiyə olunur.

 

Azərbaycanda “Covid-19” virusuna yoluxma faktları, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında statistik məlumatlar, tez-tez verilən suallara cavablar və profilaktik tədbirlər haqqında məlumatlar da bu mobil tətbiqdə öz əksini tapır. Burada, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin məlumat və xəbərləri, profilaktik tədbirlər və xəstəliyin simptomları haqqında faydalı məlumatlar yerləşdirilib. “e-Tabib”i Android və iOS sistemləri ilə çalışan cihazlar üçün Google Play və Appstore-da yükləmək olar.

TED + bölməsindən digər xəbərlər

Daha çox