AZ

CMBR nədir? - NASA-nın ortaya çıxardığı ən detallı şəkil

 

964956042d3de5ecbd67408ea04afd44.jpg
08.07.2020 16:47

"Kosmik mikrodalğa fon radiasiyası" mənasını verən CMBR bütün kainatı əhatə edən elektromaqnit dalğa formasıdır.

 

TED.az xəbər verir ki, hazırda kainat daim genişlənsə də, minlərlə il öncə qalaktika daha sıx və isti idi. 

 

Kainat çox kiçik və isti bir həcmdən genişlənibsə fotonlar sərbəst hərəkət edə bilməzdi. Amma onun kifayət qədər genişlənib soyuması fotonun sərbəst hərəkətinə imkan yaradır.

 

Kosmik mikrodalğalı fon radiasiyası (CMBR) bu müddətdə bizə çatan fotonlara deyilir. Bu radiasiyaların varlığı nəzəri olaraq George Gamow, Ralph Alpher və Robert Herman tərəfindən 1948-ci ildə irəli sürülüb. 5K temperaturunda qara cismin yayılan radiasiya ilə eyni dalğa uzunluğuna sahib olduğu aşkarlanıb. 1964-cü ildə Amerikalı radioastronomlar Arno Allan Penzias və Robert Woodrow Wilson göyün hər tərəfindən eyni dərəcədə gələn və 3 Kelvinə bərabər olan bu radiasiyanı kəşf ediblər.

 

NASA kosmik mikrodalğalı fon şüalarını dəqiq aşkar etmək üçün 18 noyabr 1989-cu ildə COBE zondunu kosmosa göndərib. COBE peyki ilə çəkilən şəkil kainatın kobud bir kosmik fon parıltısını göstərsə də, məlumatlar tam olmayıb.

 

WMAP peykini 2001-ci ildə kosmosa göndərən NASA bu gün də istifadə olunan ən detallı şəkli ortaya çıxara bilib.

 

COBE-nin ərsəyə gətirdiyi xəritə:

 

 

WMAP-in hazırladığı xəritə:

 

 

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox