AZ

Dünyanın ən iri ikimərtəbəli evi çap olundu - 3D printerdə 

 

348b7062512781c0ac7bfcd8eb008dac.jpg
08.07.2020 17:29

Belçikalı mütəxəssislər 3D printerdə ikimərtəbəli evi çap ediblər. 


TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu tikinti 3D çapı texnologiyası ilə yaradılan dünyanın ən iri ikimərtəbəli evidir.


Evin ərsəyə gəlməsi üçün 15 gün sərf olunub. Sahəsi 90 kvadrat metrə bərabər olan evin divarları texnikanın köməyi ilə betondan düzəldilib. 


Qeyd edək ki, standart texnologiya ilə yaradılan oxşar evin dəyəri təxminən 100 min avrodur. 3D-də çap ilə inşa edilən bu ev isə ikiqat ucuz başa gəlir.

TED + bölməsindən digər xəbərlər

Daha çox