AZ

Bu münasibətlərin elektronlaşması ilə bağlı yeni konsepsiya hazırlanıb

 

46dca867d61c592c162c62356065fe9d.jpg
08.07.2020 17:43

"Valideynlərin universitetə qəbul zamanı övladlarını qeydiyyata almaları ilə bağlı yeni konsepsiya hazırlanıb". 


TED.az xəbər verir ki, bu sözləri "Rəqəmsal jurnalistikaya doğru" proqramının bu gün keçirilən mükafatlandırma mərasimində Elektron Hökumətin İnkişafı Mərkəzinin rəhbəri Fariz Cəfərov çıxışı zamanı deyib. 


F.Cəfərov bildirib ki, bu, zamanın tələbidir: "Konsepsiya Təhsil Nazirliyi ilə birgə həyata keçirilir. Tam elektron avtomatlaşdırılmış modeldə vətəndaşların rayonlardan Bakıya gəlməkdən evdə oturaraq təhsil haqlarını ödəməsi və universitetə qəbul sənədlərini təqdim etməsi ilə bağlıdır. Ümumiyyətlə, burada iki dilemma var: ya xidmətlər elektronlaşır, amma onu istifadə edənlər azdır, ya da insanların bilik və bacarıqları olsa da xidmətlər buna adekvat deyil. Pandemiya bu kimi məsələləri xeyli aktuallaşdırıb".


Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox