AZ

İlahiyyat İnstitutunun İctimai Nəzarət Şurasının onlayn iclası keçirildi 

 

93d89f19c5c7f69adc6e6eb1004eeed1.jpg
08.07.2020 20:20

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası keçirilib.


TED.az xəbər verir ki, “Zoom” proqramı vasitəsilə keçirilən onlayn iclasda çıxış edən institutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi təxirə salındığını diqqətə çatdırıb. 


O qeyd edib ki, Aİİ-də cari tədris prosesi ilkin olaraq videodərslər formasında, daha sonra isə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən keçirilib. 


Rektor “Microsoft Teams” platformasının üstünlüklərindən danışaraq bildirib ki, məsafədən dərslərə qoşula bilməyən tələbələrin daha sonra proqramdan istifadə etmək imkanları olub.


Aİİ rəhbəri imtahanların keçirilmə qaydası ilə bağlı Elmi şuranın qərarlarını açıqlayaraq, yay imtahan sessiyası ərzində tələbələrin imtahanlarda iştirak, müvəffəqiyyət və keyfiyyət göstəricilərini diqqətə çatdırıb.


Yay mövsümünün pandemiya və xüsusi karantin dövrünə təsadüf etdiyini qeyd edən rektor tələbələr üçün bu müddətdə motivasiya xarakterli təlimlərin, yarış və müsabiqələrin, həmçinin onlayn kursların təşkilinin nəzərdə tutulduğunu vurğulayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox