AZ

Qualcomm-dan yeni prosessor: Snapdragon 865 Plus gəlir

7bdb5af692410424b00d5b9085a9817f.jpg
08.07.2020 23:55

Mobil telefon prosessoru istehsalçısı olan Qualcomm Snapdragon 865 Plus modelini elan edib. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlki prosessorlara nisbətən bu model daha güclü və sürətli olacaq. 


X55 5G modem vasitəsilə 5G texnologiyasını dəstəkləyəcək yeni prosessor Qualcomm Snapdragon Elite Gaming adı ilə oyun həvəskarlarına da ciddi avantaj qazandıracaq. 


İstehsalında süni intellektin də yer aldığı prosessor ilk olaraq Asus ROG Phone 3 telefonunda istifadə olunacaq. 


Prosessorun yeni nəsil kamera, süni intellekt və oyun həyəcanını daha da inkişaf etdirəcəyi deyilir. Snapdragon 865 Plus xüsusiyyətləri arasında 3.1 GHz sürətlə işləyən Kyro 585 nüvələri diqqət çəkir. Bu nüvələr prosessora 10 faiz əlavə sürət qazandıracaq. Adreno 650 qrafika dəsti ilə cihaz qrafika əməliyyatını 10 faiz daha tez yerinə yetirəcək. Bundan başqa, Qualcomm FastConnect 6900 sayəsində Wi-Fi sürəti 3.6 Gbps-a çatacaq. 


Sözügedən prosessorun ilin üçüncü rübündə təqdim ediləcəyi gözlənilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox