AZ

Veb-dizayner və proqram təminatçısı üzrə peşə təhsili alanlar üçün iş imkanları müzakirə edilib

db6161423e146d2b5db02f760a2613c6.jpg
11.07.2020 12:27

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Veb dizayner və proqram təminatçısı” ixtisasının məzunları ilə virtual görüşlər keçirilib.

 

TED.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil şəbəkəsinin internet operatoru olan “AzEduNet” və “Edumedia-Azərbaycan” şirkətlərinin mütəxəssisləri ilə birlikdə baş tutan görüşlər "Microsoft Teams" platforması üzərindən təşkil edilib. Əsas məqsəd qeyd olunan şirkətlər tərəfindən Mərkəzin təhsilalanları ilə ümumi fəaliyyət istiqamətlərinə dair iş təcrübələrini bölüşmək, təhsilalanların tədris ili ərzində mənimsədikləri bilik və bacarıqlara dair məlumatlanmaq, şirkət  üçün seçim meyarlarını müəyyən etmək və təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlara iş imkanları yaratmaqdan ibarət olub.

 

Qeyd edək ki, görüşlər zamanı sözügedən şirkətlərin mütəxəssisləri ilə Mərkəzin təhsilalanları arasında yeni və interaktiv xidmət və həllərə, İKT xidmətlərinə, müasir avadanlıqların effektivliyi və funksionallığına dair müzakirələr aparılıb. Həmçinin məzunların sualları cavablandırılıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox