AZ

Azərbaycanda xoş qarşılanmayan 5G kütləvi şəkildə nə vaxt tətbiq ediləcək? 

 

4e83d1d2429212ccc3ed6f2c287c1111.jpg
13.07.2020 16:19

Koronavirus pandemiyasından sonra 5G texnologiyalarının tətbiqi xeyli aktuallaşıb. Məlumatlı olub-olmamasına baxmayaraq, çoxları 5G-ni ciddi təhlükə kimi görməyə başlayıb.

 

Maraqlıdır, ölkəmizdə 5G-nin tətbiqi ilə bağlı məlumatlar nə dərəcədə realdır? Ümumiyyətlə, onun tətbiqi üçün hansı zəruri şərtlər ödənilməlidir?

 

Mövzu ilə bağlı TED.az-a danışan elektronika mühəndisi İlkin Nəsirli bildirib ki, öncəki nəsillərin, yəni, 3G və 4G-nin məqsədi mobil telefonların çoxunun internetə daxil olması idi. Bu, video, audio fayllardan istifadəyə şərait yaradırdı: "5G-nin əsas inkişaf mərhələsi də elə bununla başlamışdı. Amma 5G-nin məqsədi insanların internetdən daha rahat istifadəsi deyil. Burada əsas məsələ əşyaların internetə daxil ola bilməsi, ağıllı şəhər, ev, park və s.-dir. 5G-nin tətbiqi üçün infrastrukturu dəyişmək lazımdır. Bu zaman internet sürəti də kifayət qədər yüksək olmalıdır. Deyilənə görə, bu gün 20 milyarda yaxın əşya internetə daxil ola bilir. Bu sayı 3 il ərzində 100 milyarda qədər artırmaq istəyirlər. Lakin bizim hazırkı baza stansiyalarımız buna dözə bilməz. Həm daha sürətli internet, həm də tez bir zamanda işləyən texnologiya olmalıdır. Bugünkü texnologiya ona imkan vermir".

 

Onun sözlərinə görə, yayılan şayiələrə baxmayaraq, Azərbaycan 5G-ə hazır deyil, bunun üçün infrastruktur qurulmalıdır: "5G-dən öncə internetə bağlana bilən əşyalar, ağıllı sistemlər qurulmalıdır. Ondan sonra 4G ilə istədiyimiz effekti ala bilmədiyimizə görə 5G-ə keçməyə qərar verə bilərik. Baza stansiyaların sayı kifayət qədər artırılmalıdır. Bu isə xeyli maliyyə tələb edir, 5G çox bahalı sistemdir".

 

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox