AZ

Xiaomi sabah bu məhsullarını ilk dəfə nümayiş etdirəcək

 

0eda6ce234ce5eaed5a6645ff7073fbb.jpg
14.07.2020 12:16

Çinin Xiaomi şirkəti Mi Band 5, Mi Scooter 2, Redmi 9 və digər modellərini satışa çıxarmağa hazırlaşır.


TED.az xarici mediaya istinadən xəbər verir ki, iyulun 15-də keçiriləcək tədbirdə bu məhsullar ilk dəfə nümayiş olunacaq. Şirkət bu tədbir zamanı smartfon Redmi 9, ağıllı bilərzik Xiaomi Mi Band 5, elektrikli skuter Mi Scooter 2 ve 65 düymlük OLED TV-i təqdim edəcək. 


Qeyd edək ki, mərasim internet vasitəsilə canlı yayımlanacaq. Yayımı izləmək üçün Xiaomi-nin rəsmi Yutub, Feysbuk və Tvitter hesablarına daxil olmaq kifayətdir.

TED + bölməsindən digər xəbərlər

Daha çox