AZ

Google Hindistana 10 milyard dollarlıq yatırımın səbəbini açıqladı

 

7a4257285c7da998097095a406e39d21.png
14.07.2020 13:50

Google Hindistana önümüzdəki 5 il ərzində 10 milyard dollar yatırım edəcəyini bildirib.


TED.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət rəsmilərinin sözlərinə görə, bu qərar Google-un Hindistanın gələcəyi, rəqəmli iqtisadiyyatına olan güvənini göstərir. Əsas məqsəd isə ölkədə interneti daha əlçatan və yararlı hala gətirməkdir. 


Bildirilib ki, vəsait bir nöqtədə toplanmayacaq, müxtəlif layihələrin həyata keçirilməsinə sərf ediləcək. Süni intellekt və təhsil sektoru isə prioritet istiqamətlərdən olacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox