AZ

Bu sayt fəaliyyətini dayandırır

43c02dd99aeee6ea2a3a5fc19221c7ec.jpg
14.07.2020 14:00

İqtisadi xəbərlər yayımlayan Marja.az saytı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. 


TED.az xəbər verir ki, bu barədə saytın rəhbəri Seymur Yunusov öz Feysbuk hesabında paylaşım edib: “Təəssüf ki, çox ciddi xəstəliyim ilə əlaqədar Marja.az-ın fəaliyyətini daydırmaq qərarı verdim. İşçilərin hesabına saytın fəaliyyətinin davam etdirilməsinə çox çalışdım, lakin istədiyim səviyyə alınmadı. Operativlik, fərqlilik itirdi, müştərilər ilə əlaqələr pisləşirdi. Saytın sahibi olmaqla bərabər ona redaktorluq edirdim, xəbərlərin yayımlanıb-yayımlanmamasına qərar verirdim. Bu, çox məsuliyyətli məsələdir, bunu işçilərin ixtiyarına buraxmaq olmaz. Eyni zamanda, bir çox xəbərlər mənim tərəfimdən hazırlanırdı. Xəstəlik həm jurnalistlik, həm də redaktorluq fəaliyyətimə aman vermir. Marja.az-ın oxucularından və müştərilərindən üzr istəyirəm. Ötən müddət ərzində hər biriniz mənə dəstək verdiniz. Sizə minnətdarlığımı bildirirəm. Həmişə səhhətiniz gümrah, əhval-ruhiyyəniz yüksək, işləriniz avand olsun”.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox