AZ

Ermənilər "Google Maps"də Azərbaycana qarşı irimiqyaslı saxtalaşdırmalara başlayıblar

34aea1369eeb6330e3863d8f2903e246.jpg
31.07.2020 14:31

İrəvanın Azərbaycan ərazilərinin işğalını beynəlxalq səviyyədə tanıtmaq üçün uğursuz cəhdləri dünya ermənilərinə rahatlıq vermir. Onlar qanunsuz ərazi iddialarını məmnun etmək üçün "Google Maps" sistemində irimiqyaslı saxtalaşdırmalar yolu ilə yeni vasitələr tapır.

 

Biz son vaxtlarda "Google" beynəlxalq axtarış sistemində Azərbaycana münasibətdə təxribatlara yol verilməsi ilə daha tez-tez üzləşirik. Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərin toponimləri xəritələrdə erməni dilində "Dağlıq Qarabağ Respublikası" kimi göstərilir.

 

Ermənilər bu xəritədə işğal olunmuş Dağlıq Qarabağın tam "ayrılmasına" nail ola bilməsələr də, "Google Maps"də Azərbaycanın anklavları olan Bərxudarlı, Yuxarı Əskipara və Kərki Ermənistanın tərkibində göstərilir.

 

BMT-nin müvafiq sənədləri ilə təsdiq olunmuş Azərbaycanın rəsmi xəritəni diqqətə almadan dünya erməniləri böyük səylə nəinki tarixi, mədəniyyəti, mətbəxi və Azərbaycanla bağlı hər şeyi saxtalaşdırır, həm də ölkənin müasir siyasi xəritəsini "özəlləşdirməyə" çalışır. Ermənistan nəinki beynəlxalq hüququ və Azərbaycanın ərazi bütövlüyünü tanımır, həm də ardıcıl olaraq Azərbaycan ərazisindəki Azərbaycan toponimlərini "erməniləşdirir".

 

"Google" axtarış sisteminin xidmətlərindən istifadə edərək erməni saxtakarları "Maps" xidmətində Azərbaycanın təhrif olunmuş xəritəsini yerləşdirib. Bu xəritədə Füzuli rayonu Varanda, Zəngilan - Kovsakan, Kəlbəcər - Karvaçar, Ağdam - Akna, Qubadlı - Sanaşar, Laçın - Berdzor, Cəbrayıl rayaonu isə Jrakan kimi göstərilib. "Google" xəritələrində ermənilər tərəfindən çəkilımiş yüzlərlə şəkildə Azərbaycan şəhərləri "qədim erməni şəhərləri" kimi göstərilib. Hətta Ağdamın dağıntıları da ermənilər tərəfindən "azərbaycanla barbarlar tərəfindən dağıdılmış erməni şəhəri Aknanın dağıntıları" kimi təqdim edilir.

 

Yalançılar və saxtakarlar respublikamızın xəritəsində qondarma Cuqa xaçkarları əks olunan onlarla foto yerləşdirib. Öz ölkəsinin qayğısına qalmaq əvəzinə Ermənistanın yüksəktexnologiyalı sənaye naziri Akob Arşakyan bir sıra xidmətlərin "erməniləşdirilməsi" üçün "Google" və "PayPal"la danışıqlar aparır.

 

Erməni saxtakarlar üç istiqamət üzər işləyir. Birincisi, "YouTube", "Google Maps", "PayPal" və "Google Play" rəhbərliyi ilə işləyən ermənilərin dostları qrupunun olduğu ABŞ Konqresində rəsmi kanallardır. İkincisi, bilavasitə "Google" və "YouTube" strukturlarında işləyən ermənilər də müəyyən həll yolları tapmağa çalışır. Üçüncüsü isə diaspor erməniləri də kömək göstərməyə çalışır.

 

İrəvan çoxsaylı haker qruplarının internet məkanın erməni dezinformasiyaları ilə doldurulması, eləcə də Azərbaycana qarşı total informasiya müharibəsinin aparılması sahəsində fəaliyyətini koordinasiya edir və dövlət strukturlarının işini bu sahəyə yönləndirir. Yerevana həm də diaspor tərəfindən, "Google", "PayPal" kimi təşkilatlarda işləyən ermənilər, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatları tərəfindən böyük kömək göstərilir.

 

Sonuncular beynəlxalq donorlar tərəfindən Ermənistanda informasiya texnologiyalarının inkişafı üçün ayrılan xarici qrantlar hesabına əslində irimiqyaslı, rus və ingilis dillərində anti-Azərbaycan fəaliyyətinə cəlb olunub. Qeyd olunmalıdır ki, erməni QHT-lərinin aldığı qrantların bir hissəsi "Google" strukturlarındakı hesablara köçürülür ki, bu da virtual xəritədə Azərbaycan sərhədlərinin dəyişdirilməsi və saxtalaşdırma prosesini asanlaşdırır, həmçinin ermənilər tərəfindən "YouTube"da yerləşdirilən təbliğat videomateriallarının tanıdılmasına xidmət edir.

 

Bakı tərəfindən dəfələrlə "Google" korporasiyası və digər axtarış sistemlərinə erməni saxtakarlıqları barəsində diqqətli olması ilə bağlı xəbərdarlıqlara baxmayaraq, onlar tez-tez səhvə yol verir. Amma Bakının müdaxiləsindən sonra onlar müvafiq düzəlişləri edir. Bu baxımdan ölkənin müvafiq strukturları və QHT-lərə "Google Maps"də Azərbaycan ərazilərinin virtual işğalına qarşı fəaliyyəti üçün səyləri birləşdirmək lazımdır.

 

"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov

TED + bölməsindən digər xəbərlər

Daha çox