AZ

Avropa smartfon bazarında 24% azalma müşahidə olunur

 

5c82bb3ec02601b85dc7fc4cc2827171.jpg
03.08.2020 16:24

Koronavirus pandemiyası Avropa smartfon bazarına mənfi təsir göstərməyə davam edir. 

 

TED.az xəbər verir ki, Counterpoint Research şirkətinin yayımladığı hesabata görə, cari ilin ikinci rübündə smartfon satışları ötən ilə nisbətən 24% azalıb. Birinci rüblə müqayisədə 22%-lik azalma müşahidə olunur. 

 

Çin vendorları Avropa bazarının üçdə bir hissəsinə (35%) nəzarət edirlər. Ümumi vəziyyətə baxmayaraq, Oppo və Xiaomi kimi Çin markalarının satışlarının həcmi müvafiq olaraq 41% və 55%  artıb. 

 

Bundan əlavə, Samsung müxtəlif qiymət seqmentli modellərin geniş portfeli sayəsində liderliyini saxlayır. Apple, iPhone SE və 11-ə olan maraq sayəsində satışlarının azalmasını yavaşıtmağa nail olub, Huewei-in satışları isə 46% düşüb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox