AZ

İctimai iaşə obyektləri çimərliklərə onlayn çatdırma edə bilər - RƏSMİ AÇIQLAMA

 

c0799b9d44dce53f28498a2780c53384.jpg
03.08.2020 19:53

"Çimərlik daxilində fəaliyyəti qadağan edilən obyektlər və ərazilər var".


TED.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.


Onun sözlərinə görə, çimərliklərdə hovuz və su atraksionlarının fəaliyyəti qadağandır. Eyni zamanda, çimərlikdə idman ləvazimatlarının tam şəkildə yığışdırılması əsas tələblərdən biridir: "Çimərliklərdə ictimai iaşə obyektlərinin yerində xidməti də qadağandır, yalnız onlayn çatdırma mümkündür. Müxtəlif musiqili proqlamların təşkili də çimərliklərdə karantin rejimi dövründə qadağandır".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox