AZ

Uçan taksi sınaqdan keçirildi - ALMANİYADA

 

429986480f70c0bda762f46f2912c31f.jpg
03.08.2020 21:43

Almaniyada saatda 120 kilometr sürətlə 100 kilometr məsafəyə qədər uçan, dörd nəfərədək sərnişin daşıya bilən taksi sınaqdan keçirilib.

 

TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uçan taksilər “CityAirbus” adlanır.

 

Nəqliyyat vasitəsi məsafədən idarə edilir və elektrik enerjisi ilə işləyir.

 

Yeni ixtiranın yaradıcıları ümid edirlər ki, uçan taksilər yaxın gələcəkdə şəhərlərdə tıxacları keçməyə imkan verərək insanları daşıyacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox