AZ

DİM 5-11-ci siniflər üçün sınaq imtahanları keçirir

 

d5ce564eb4edb25d339f8a71824485ba.jpg
04.08.2020 11:09

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair test tapşırıqlarının otk.az portalına yerləşdirilməsi başa çatıb.

 

DİM-dən TED.az-a verilən məlumata görə, şagirdlər və ya abituriyentlər portalda fənlər və siniflər üzrə də sınaq imtahanları vermək imkanına malikdirlər.

 

Abituriyentlər (şagirdlər) 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair portala yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, hazırlıq səviyyələrini yoxlaya bilərlər. Sınaq imtahanına yazılmaqla iştirakçılar fənnin mündəricatında olan hər bir mövzu üzrə 10 test tapşırığına cavab verirlər. Bundan əlavə, həmin sinif (fənn) üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür:

 

Qeyd edək ki, hazırda kampaniya həyata keçirilir və hər sinif (fənn) üzrə sınaq imtahanının qiyməti sentyabr ayının əvvəlinədək 1 manat olacaq. İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində tapşırıqlara, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz.

Elm bölməsindən digər xəbərlər

Daha çox