AZ

  iPhone SE-yə rəqib gəlir

6f797cd2c6c98e5cf706e8fd05c5651e.jpg
04.08.2020 14:17

Google Android əsaslı Pixel 4A smartfonunu təqdim edib. Cihaz avqustun 20-də satışa çıxarılacaq.

 

TED.az xəbər verir ki, Pixel 4A ikinci nəsil iPhone SE-nin rəqibi olacaq.

 

Smartfon mat qara rəngdədir və 5,8 düymlük OLED-ekranına sahibdir. Cihaz Pixel 4-də olduğu kimi, HDR+ ikili ekspozisiya, portret rejimi, gecə çəkilişi və sabitləşdirmə funksiyalı kamera ilə təchiz olunub.  

 

Bundan əlavə, smartfon Qualcomm Snapdragon 730g prosessoru, arxa panel barmaq izi, 6 GB operativ və 128 GB quraşdırılmış yaddaşa malikdir.

 

Qeyd edək ki, Pixel 4A 349 ABŞ dollarına başa gələcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox