AZ

Redmi 9 Prime 5020 mAs. batareya ilə təqdim olundu

 

9823582341d046939fe2b12891146aa2.jpg
04.08.2020 16:06

Son illər telefon sektorunun öndə gedən brendlərinin bir-birini izləyən qiymət artımı orta səviyyəli smartfonlara marağı olduqca yüksəldib.

 

TED.az xəbər verir ki, bu çərçivədə Xiaomi ölkəmizdə və dünyada ən çox satılan modellərindən olan Redmi Note seriyasını yeni bir model ilə gücləndirdi.

 

Redmi 9 Prime-ın 6.53 düymlük IPS LCD ekranı 1080×2340 piksel, yəni Full HD + xüsusiyyət təqdim edir. Cihazın arxa tərəfi 12 meqapiksellik əsas kamera, 8 meqapikselli ultra geniş bucaq, 5 meqapiksellik makro kamera və 2 meqapiksel dərinlikdə aşkaretmə sensoru ilə müşayiət olunur. Cihazı 5020 mAs. batareya sayəsində 2 günə qədər saxlamaq mümkündür.

 

Redmi 9 Prime-ın qiyməti (4 GB RAM + 128 GB yaddaş) starter modeli üçün 133 dollar səviyyəsində müəyyən edilib. 6 GB RAM ilə modeli almaq istəyənlər təxminən 160 dollar ödəməlidirlər.

 

 

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox