AZ

Space-in yayımı 3 saat dayandırılacaq - RƏSMİ 

 

97aa2d4922a7df445e2078bf77280a27.jpg
04.08.2020 19:27

Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.


Şuradan TED.az-a verilən xəbərə görə, iclasda 20-31 iyul tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.


İyulun 23-də “Space” kanalının efirində saat 19:00-20:00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.


Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində avqustun 10-da proqramların yayımının 3 saatlıq müddətədək (08:00-dan 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox