AZ

Koronavirusa qarşı molekul bazalı sprey hazırlanır

 

eda6ba524e172cc36e8ff105f54c09d3.jpg
04.08.2020 23:20

İspaniyalı alimlər ağız ətrafına püskürdülməklə koronavirusun yayılmasının qarşısını almaq imkanına malik sprey hazırlayırlar.


TED.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniyanın Elmi Tədqiqatlar üzrə Ali Şurasından (CSIC) məlumat verilib.


Spreyin polisaxarid əsaslı molekullarının infeksiyanı effektiv şəkildə saxlaması təsdiq olunduğu təqdirdə ondan, həmçinin virusun başqa növləri ilə mübarizə məqsədilə istifadə olunacaq. Bu molekullar bir çox mikroorqanizmlərin hüceyrələrə daxil olmaq üçün istifadə etdiyi mexanizmə təsir edir.


Araşdırmanın müəlliflərindən biri, Ümumi Üzvi Kimya İnstitutunun əməkdaşı Xulia Revueltanın sözlərinə görə, bu infeksiya ağız boşluğu-udlaqda başlayır. Ona görə də spreyin müəyyən molekul bazalı dərman forması virusun hissəciklərinin keçməsinə maneə yaradacaq və onun təsirini məhv edəcək.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox