AZ

Qazaxıstanda ilk dəfə koronavirus peyvəndi vurulub

 

3d570ad111164006cb25c7ae35a43c74.jpg
04.08.2020 21:26

Qazax Milli Universiteti nəzdində Beynəlxalq Vaksinologiya Mərkəzinin həkimləri Qazaxıstanda yeni koronavirusa qarşı ilk vaksinasiyanı həyata keçiriblər.


TED.az xəbər verir ki, koronavirusa qarşı ilk peyvənd edilən şəxs Vaksinologiya Mərkəzinin direktoru Kaysar Tabınov olub.


Ona Avstraliyada hazırlanmış və indi klinik sınaqların ilk mərhələsində olan COVAX-19 vaksini vurulub.


Xatırladaq ki, Qazaxıstanda koronavirus vaksininin hazırlanması istiqamətində iş aparılır. Peyvəndin kliniki sınaqlarına sentyabr ayında başlanması planlaşdırılır.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox