AZ

DİM "blok" imtahanlarını necə təşkil edəcək? - AÇIQLAMA

 

3fd71f7a0d4e429bb1e39392807495cb.jpg
05.08.2020 12:23

Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsində bir sıra ehtiyat tədbirlərindən istifadə edildi. 

 

Maraqlıdır, qəbul imtahanlarının ikinci mərhələsində hansı qabaqlayıcı tədbirlərin tətbiqi gözlənilir?

 

Mövzu ilə bağlı TED.az-a danışan Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, ikinci mərhələdə tətbiq ediləcək yeni ehtiyat tədbirləri imtahan tarixləri dəqiqləşib, elan verildikdən sonra bəlli olacaq. Ümumilikdə isə yoluxma hallarının qarşısını almaq məqsədilə aşağıdakı qabaqlayıcı tədbirlərdən ikinci mərhələdə də istifadə ediləcək: "Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının imtahan keçiriləcək yerə gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün binaya müxtəlif daxilolma vaxtları müəyyən ediləcək. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkiləcək. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil ediləcək. Bununla yanaşı, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə ediləcək. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə veriləcək. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənəcək, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunacaq".

 

 

Lamiyə SÜLEYMANLI

Elm bölməsindən digər xəbərlər

Daha çox