AZ

DualShock 4-ün Arxa Açar Aksesuarı Dual Sense-də istifadə edilməyəcək

 

1bd97d5f9f66772291da3e81cd2e4517.jpg
05.08.2020 12:57

Sony Dual Sense veb-saytını yeniləyib. Yenilənmə DualSense-in 360 dərəcədə görünməsinə imkan yaradır. Bu görüntüyə baxdığımız zaman DualShock 4 üçün nəzərdə tutulan arxa açar aksessuardan Dual Sense-də istifadə edilə bilməyəcəyi görünür.

 

TED.az xəbər verir ki, DualShock 4 üçün hazırlanan aksesuar oyunçulara əhəmiyyətli üstünlüklər qazandırdı. Çünki oyunçular bu aksesuarla 16 fərqli tapşırıq təyin edə bilərdi. Əslində DualShock 4-in bu aksesuarı PC oyunlarında istifadə etdiyimiz makro parametrləri xüsusiyyətini PlayStation 4-ə gətirdi. Deyəsən, DualSense-də bu tip aksesuar olmayacaq.

 

 

 

 

DualShock 4 üçün hazırlanmış aksesuar çox yaxınlarda təqdim edilmişdi. Oyunçular bu aksessuarı PlayStation 5-də də istifadə edilə biləcəyini düşünürdülər. DualSense veb-saytındakı məlumatlarda da belə bir aksesuar yoxdur. Bundan əlavə, DualSense-in arxa dizaynı bu aksesuara çox uyğun görünmür. Görək, Sony yaxın günlərdə bu mövzuda rəsmi bir açıqlama verəcəkmi.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox