AZ

Gözlənilən iPhone funksiyası Android cihazlarda istifadəyə verildi

 

7ee4d24ee922b19924face554482e30f.jpg
05.08.2020 14:10

Bir müddət öncə İphone-dakı AirDrop funksiyasına oxşar xüsusiyyətin Android cihazlarda da istifadəyə veriləcəyi deyilirdi. 

 

TED.az xəbər verir ki, Nearby Share adlandırılan, AirDrop-a rəqib olan funksiya bu gün Android cihazlarda istifadəyə verilib.

 

Hazırda Pixel və bəzi Samsung modellərində istifadəyə verilən funksiyanın yaxın günlərdə digər cihazlarda da aktivləşdiriləcəyi qeyd edilib. Nearby Share yaxınlıqdakı cihazları analiz edərək, audio, foto və digər faylların köçürülməsini təmin edir. Yenilik vasitəsilə cihazınızı kimlərin görə biləcəyini də müəyyənləşdirə bilərsiniz. Bununla yanaşı, faylları anonim şəkildə göndərmək də mümkündür.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox