AZ

Ermənistanda Rusiya kanallarının yayımı dayandırılır

a2507d62d60614e731005afe5aedc76e.jpg
05.08.2020 20:38

Ermənistan prezidenti Armen Sarkisyan "Audiovizual media haqqında" qanun imzalayıb. 


TED.az xəbər verir ki, sözügedən qanuna əsasən, ölkədə xarici televiziya kanallarının, həmçinin Rusiya kanallarının ictimai multipleksdə yayımlanması məhdudlaşdırılacaq. 


“Audiovizual media haqqında" qərar 10 gün sonra qüvvəyə minəcək. 


Qanunla bağlı şərh verən Lisenziyalaşdırma şöbəsinin müdiri Lianna Dohikyan bildirib ki, xarici televiziya kanalları hazırda lisenziyalıdır və lisenziyalarının müddəti başa çatanadək (20 yanvar 2021-ci ilə qədər) fəaliyyət göstərəcək.

L.Dohikyan əlavə edib ki, buna qədər dövlətlərarası sazişlər imzalanarsa, bu razılaşmalar əsasında sözügedən kanallar fəaliyyətlərini davam etdirəcək. 


Qeyd edək ki, Hazırda Ermənistanda "Первый канал", "РТР Планета", "Россия. Культура" və dövlətlərarası "Мир" telekanalı yayımlanır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox