AZ

Bayrağımızı təhqir edən məhsul Amazon-dan yığışdırıldı​ - FOTO

c4dfabab2d5480b14172bed198ca8901.png
05.08.2020 21:47

Sosial şəbəkələrdə tez-tez Azərbaycan bayrağının əks edildiyi tualet aksesuarlarının görüntüləri paylaşılır. İstifadəçilər öz haqlı narazılıqlarını ifadə edirlər. Bu tip aksesuarlar bir çox onlayn satış saytlarında satışa çıxarılır. 


TED.az xəbər verir ki, Tovuz döyüşlərindən sonra bu cür elanlar daha çox vüsət alıb. İş o yerə çatıb ki, məşhur elektron ticarət platforması Amazon-da da bu tip elanlar yayımlanıb. 

 

 


Şirkətin Avropa Birliyi Mərkəzində biznes analitik kimi fəaliyyət göstərən həmyerlimiz Yaşar Əhmədli də məsələyə biganə qalmayıb. O, əvvəlcə öz Feysbuk səhifəsində paylaşım edərək bildirib ki, Amazon-da satılan Azərbaycan bayraqlı tualet aksesuarlarını 3-cü tərəf satıcılar satışa çıxarırlar: "Yəni məhsulların Amazon-a aidiyyəti yoxdur". 


Y.Əhmədli, həmçinin vurğulayıb ki, istifadəçilər platformada bu cür narahatedici elanlara rast gəldikdə ona məlumat versinlər. 


Bu gün həmyerlimiz daha bir paylaşım edərək qeyd edib ki, təşəbbüsünə əsasən, elanlar ləğv edilib: "Bu məhsullar rəsmi olaraq “offensive product” kimi etiketlənib və satışdan yığışdırılıb. Mənim xəbərim olmayanlar varsa, linklərini göndərin, onlar barədə də tədbir görək".


Qeyd edək ki, onlayn satış saytlarında başqa ölkələrin dövlət atributlarının yer aldığı bu tip məhsullara tez-tez rast gəlinir. 


Cavid QƏDİR

TED + bölməsindən digər xəbərlər

Daha çox