Süni intellekt texnologiyaları bazarı bu il 156,5 milyarda qədər böyüyəcək - PROQNOZ
Süni intellekt texnologiyaları bazarı bu il 156,5 milyard ABŞ dollarına qədər artacaq.
TED.az xəbər verir ki, bu barədə İDC analitik şirkətinin proqnozunda deyilir.
Dünya süni intellekt texnologiyaları bazarında (AI) proqram təminatı, avadanlıq və xidmətlər də daxil olmaqla, 2020-ci ildə ötən il ilə müqayisədə 12,3% artacaq. COVID-19 pandemiyasının iqtisadi nəticələri süni intellektin artım tempini müəyyən dərəcədə ləngitsə də, analitiklər əmindirlər ki, süni intellektə qoyulan investisiyalar sürətlə bərpa olunacaq.
Mütəxəssislərin fikrincə, 2024-cü ildə süni intellekt texnologiyaları bazarının həcmi 300 milyard ABŞ dollarını ötəcək. Bu dövrdə gəlir orta hesabla 17%-dən çox artacaq. Bazarın əsas kateqoriyası proqram təminatı olacaq.